waplog

Azərbaycanda “Yaşıl kart sistemi” tətbiq ediləcək



Azərbaycan Respublikasının Prezidenti “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı 4 iyul 2013-cü il tarixli Fərman imzalayıb.

“ICTnews” elektron xəbər xidmətinə İcbari Sığorta Bürosundan verilən məlumata görə, Fərmanın 1.3. bəndinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə beynəlxalq “Yaşıl kart sistemi”nin Azərbaycanda tətbiqi üçün Maliyyə Nazirliyi ilə birgə lazımi tədbirlərin görülməsi barədə Nazirlər Kabinetinə göstəriş verilib.

Qeyd edək ki, “Yaşıl kart sistemi” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən “Yaşıl kart” haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.

Hazırda “Yaşıl kart sistemi”nə Avropa, Asiya və Afrikadan 46 ölkə, həmçinin qonşu dövlətlərdən Rusiya, Türkiyə və İran daxildir.       

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL