“Apple I” kompüteri hərracda 387 min dollara satılıb
“Christie's” onlayn hərracında 1976-cı ildə “Apple” şirkətinin həmtəsisçilərindən biri Stiv Voznyak tərəfindən əllə yığılmış “Apple I” kompüteri satılıb. “Christie's” onlayn hərracının tarixində ən bahalı lot olub, onun qiyməti 387 min 750 ABŞ dolları təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, satılmış kompüter “Apple I”-in ilk 25 nüsxəsindən biridir. Kompüterin sistem lövhəsi "Woz" sözü ilə imzalanıb. “Christie's” saytında yerləşdirilmiş lotun təsvirində deyilir ki, satıcı kompüterin işləmək qabiliyyətinə zəmanət vermir və onun istifadəsi üçün mütəxəssislərə müraciət etməyi məsləhət görüb.
Xatırladaq ki, “Apple I” kompüteri 1970-ci illərin ortalarında Stiv Voznyak tərəfindən yaradılıb. “Apple” şirkətinin gələcək rəhbəri Stiv Cobs və Stiv Voznyak yaradılmış kompüteri satmağa qərar verirlər. 50 kompüterdən ibarət ilk partiya Cobsun qarajında əllə yığılmışdı.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL