waplog

“Türkcell” türklərə qismət oldu



 
Türkiyənin “Cukurova Group” şirkəti Rusiyanın “Alfa Group” şirkətinə Türkiyə mobil rabitə bazarının ən iri operatoru olan “Türkcell”ə nəzarət əldə etmək uğrunda mübarizədə qalib gəlib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Alfa Group” şirkəti ilə “Cukurova” şirkəti arasında yaranmış problemlə bağlı araşdırmanı aparan Britaniya məhkəməsinin qərarına əsasən, “Cukurova” 1,56 milyard dollar ödəməlidir ki, “Alfa”dan “Türkcell”in payını alsın. Öncədən “Cukurova” 1,5 milyard tələb etsə də, “Alfa” öz payını 3 milyard dollara qiymətləndirirdi.

Böyük Britaniyanın Məxfi Şurasının məlumatında bildirilir ki, “Cukurova Finance International (CFI)” 60 gün ərzində “Alfa Telecom Turkey” (bu struktur üzərindən “Alfa Group” şirkəti “Türkcell”in paketinə nəzarət edir) 1,565 milyard dollar ödəməlidir ki, Türkiyənin aparıcı operatorunun 13,8% səhmlərini alsın.

Məbləğə faizlər üzrə yaranan 540,6 milyon dollar, 3 milyon məbləğində məhkəmə xərcləri də daxil idi.

AYNUR

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL