waplog

Daha tutumlu “beşölçülü yaddaş” yaradılacaq



Alimlər kvars şüşəsinə beş ölçüdə məlumat yazmağı və onu geri götürməyi öyrəniblər. Bu cür texnologiya nəhəng məlumatları məhdudiyyətsiz vaxt ərzində kiçik həcmdə saxlamağa imkan verir.

Bunu Böyük Britaniyanın Sautqempton Universitetindən alimlər Niderlandda yerləşən Eyndhoven Texniki Universitetindən olan həmkarları ilə birgə ediblər. Alimlər eksperimental yaddaşı “5D-yaddaş” adlandırıblar.  Çünki məlumat beş məkan parametri istifadə etməklə yazılır.

Təcrübə zamanı tədqiqatçılar 300 KB həcmində mətnli fayl yazıblar. Kvars şüşəsinin dərinliyinə məlumat üç səviyyədə bir-birindən 5 km aralıqda nöqtələr şəklində yerləşdirilib.

Yazı, çox qısa və intensiv işıq impulsu yaratmaq iqtidarında olan, femtosaniyə lazeri vasitəsilə həyata keçirilib.

5D-yaddaş elektron yaddaşın perspektiv inkişaf istiqaməti hesab edilir, çünki o, nəhəng sayda məlumatı az həcmdə yerləşdirə bilir.

Kvars ona yazılan məlumatı zədələnməmiş halda 1000 °C temperaturunda məhdudiyyətsiz vaxt ərzində saxlaya bilər, bu da onu arxivlərin saxlanılması üçün yararlı edir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL