waplog

“Nokia” şirkəti “iMessage” messencerinin analoqunu istifadəyə verib


"Nokia" şirkəti "Lumia" seriyasından olan smartfonlar üçün "Nokia Chat" messencerini istifadəyə verib. Sözügedən xidmət sayəsində "Nokia" istehsalı olan cihazların auditoriyası bir-biri ilə rahat ünsiyyət saxlaya biləcəklər.

"Nokia Chat" messenceri vasitəsilə siz "Nokia" qurğularından istifadə edən dostlarınızla ünsiyyət saxlaya biləcəksiniz. Xidmət bütün platformaları dəstəkləyir" – Finlandiya şirkətindən bildirilib. Messencerin "Windows Phone" platforması ilə işləyən "Lumia" smartfonları, "Asha" seriyasından aparatlar və "S40" platforması ilə işləyən digər telefonlar, həmçinin "Symbian" mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün versiyaları mövcuddur.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Nokia Chat" müasir kommunikasiya tətbiqi üçün zəruri funksiyalara malikdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL