Avropa İttifaqı mikroelektronikanın istehsalına 4,8 milyard avro ayıracaq
Avropa Komissiyası Avropada mikroelektron sahəsində istehsal imkanlarını artırmaq niyyətindədir. Bunun üçün İttifaq tədqiqatların maliyyələşməsinə, özəl sektor və Avropa İttifaqı ilə innovativ tərəfdaşlığın inkişafına 4,8 milyard avro yönəltməyi təklif edib.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, komissiyada ümid edirlər ki, Birgə Texnoloji Təşəbbüs (JTI) çərçivəsində özəl sektorla dövlətlərin tərəfdaşlığı sayəsində elektronika sahəsində Avropa İttifaqının qlobal payının azalmasının qarşısını alacaq.
"Rəqəmli Gündəlik" üzrə Avropa komissarı Neli Krousun sözlərinə görə, 2020-ci ilədək çip buraxılışı iki dəfə artmalı və Avropa bu göstərici üzrə ABŞ-ı ötməlidir. Qeyd edək ki, bu istiqamətdə Avropada inkişaf tempi təxminən 20 faiz təşkil edir.
Xanım Krous bildirib ki, maliyyələşdirilən layihələr müxtəlif ekspert qrupları tərəfindən qiymətləndiriləcək. Təşəbbüs 10 illik müddəti əhatə edəcək. Layihənin reallaşdırılmasına isə hələ 2014-cü ildən başlanılacaq. Təşəbbüs üç iri altsistemdən ibarətdir. İlk təşəbbüs çərçivəsində iki pilot layihənin hər biri üçün 150 milyon avronun ayrılması nəzərdə tutulub.
Bu gün Avropada mikroelektronika sektorunda 200 minə yaxın insan çalışır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL