waplog

“Samsung Galaxy S4” enerji topladığı zaman alışıb yandı (FOTO)


Qlobal şəbəkədə "Samsung Galaxy S4" qurğusunun ərimiş şəkli yayılıb.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Ərəb Əmirliklərində alınan qurğunun sahibi bildirib ki, insident gecə telefon enerji topladığı zaman baş verib. Qajetin sahibinə xoşbəxtlikdən ziyan dəyməyib.
Gecə saat 2-də "Samsung" telefonunun sahibi səs-küydən tüstü ilə dolu otaqda oyanıb.

Tüstünün səbəbi "Galaxy S4"-ün yanması olub. O, aparatı şəbəkədən çıxara bilməsinə baxmayaraq, smartfonun "microUSB" portu yanıb və USB-kabel əriyib. Xatırladaq ki, analoji insident "Samsung Galaxy S III" qurğusu ilə may ayında baş verib. O vaxt, enerji toplamaq üçün elektrik şəbəkəsinə qoşulmuş telefon, pirotexnik şouya səbəb olub. İstifadəçinin sözlərinə əsasən, "Galaxy S III"-ün yanması üçün heç bir obyektiv səbəb olmayıb. Kommunikator sadəcə gözlənilmədən yanıb, hətta balaca partlayış belə baş verib.

Alovun söndürülməsinə baxmayaraq, yorğan və döşək yanıb, bütün mərtəbə kəskin tüstü iyi ilə dolub.
Bundan başqa, hərarətdən akkumulyator qabarıb, telefonun korpusu təmiz əriyib, ərimiş plastik hətta istifadəçinin əlinin yanmasına səbəb olub. Smartfonun sahibi "Samsung" şirkətinə qarşı məhkəmədə iddia qaldıraraq maddi və mənəvi ziyanı ödəmək tələbini irəli sürüb.

"Samsung" artrıq təsdiqləyib ki, şirkət "Galaxy S4" ilə baş vermiş insidentin araşdırması  ilə məşğul olur və istifadəçiyə yeni smartfon təqdim etməyə hazırdı.
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL