2018-ci ilədək planetin əhalisinin 57%-i “LTE” şəbəkələrdən istifadə edəcək
Simsiz rabitə xidmətləri bazarındakı vəziyyəti fəal araşdıran "ABI Research" tədqiqat şirkəti aydınlaşdırıb ki, hazırda 193 dördüncü nəsil şəbəkəsi (LTE) kommersiya səviyyəsinə çıxıb. Yaxın iki ildə onlara daha 123 şəbəkə qoşulacaq.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, hazırda dünyada 470 ədəd LTE-şəbəkənin operatoru onların inkişaf etdirilməsi üçün hüquq əldə ediblər, 69 şəbəkə isə "LTE-TDD" rejimində işləməlidir. "ABI Research" şirkətinin analitiki Ceyk Sondersin proqnozuna əsasən, 2018-ci ilə bu standart abunəçilərin 49%-ni əhatə edəcək.
Onun qiymətləndirməsinə əsasən, beş il sonra planetin əhalisinin 57%-i (təxminən 4,2 milyard insan) "LTE" şəbəkələrdən istifadə edəcək. "WCDMA" və "CDMA2000" bazarlarının əhatə dairəsi 31% (təxminən 2.3 milyard insan) təşkil edəcək.
2013-cü ilin üçüncü rübündə LTE xidmətlərin abunəçilərinin sayı 47,5 milyon insan olacaq. İlin sonunadək bu göstəricinin 183 milyon istifadəçiyədək artacağı gözlənilir və nəticədə operatorlar 73,8 milyard dollar dəyərində gəlir əldə edəcəklər. 2018-ci ilədək "LTE" abunəçilər tərəfindən yaradılan gəlirin həcmi 530,5 milyard dollar olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL