waplog

Alimlər maye metaldan üçölçülü möhür yaradıblar


Tədqiqatçılar üçölçülü möhür texnologiyası və ev temperaturunda maye metaldan avtonom strukturlar yaratmaq metodu tapıb.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, tədqiqatın həmmüəllifi, Şimali Karolina Universitetinin dosenti Maykl Diki qeyd edib ki, mayedən bütöv nəsə hazırlamaq çox çətindir, çünki istənilən maye bir və ya bir neçə damcı formasını almağa çalışır. "Lakin biz müəyyən etmişik ki, qallium və indium maye metalların qatışığı ev temperaturunda kislorodla reaksiyaya başlayır ki, bu da maye metallara formanı saxlamağa imkan verən qişa formalaşdırır», - deyə o bildirib.

Alimlər bu cür strukturları yaratmaq üçün müxtəlif metodlar yaradıblar, hansı ki, üç ölçüdə elektron komponentlərin birləşməsində istifadə etmək olar. Digər texnologiya maye metalı polimer şablona daxil edir ki, metal müəyyən forma alır.

Alimlər eyni zamanda maye metaldan, özülünə perpendikulyar şəkildə saxlanıldıqda belə formasını saxlayan metod işləyiblər. Beləliklə, 3D-printer vasitəsilə maye metalda çap edilmiş obyekt polimerlə örtüldükdən sonra uzun müddət formasını saxlaya bilər. Yaxın gələcəkdə bu texnologiya, biobirləşdirici elektrod parçada öz tətbiqini tapacaq.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL