waplog

Argentina Azərbaycanla İKT sahəsində əlaqələrin genişlənməsində maraqlıdır


Argentina Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları (İKT), turizm, dərman istehsalı, tikinti, alternativ enerjisi istehsalı və s. sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır. 

Əməkdaşlıq istiqamətləri Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə iqtisadi inkişaf naziri Şahin Mustafayev arasında keçirilən görüşdə müzakirə edilib. İqtisadi İnkişaf  Nazirliyindən bildirilib ki, görüşdə nazir iki ölkə arasında zəruri müqavilə-hüquq bazasının yaradıldığını, bu sahədə indiyədək 18 sənədin imzalandığını qeyd edib.

Həmçinin Azərbaycanla Argentina arasındakı əməkdaşlığın genişləndirilməsi perspektivləri, Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, birgə işçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparılıb. İşçi qrupun ilk iclasının bu ilin dekabrında keçirilməsi, iki ölkənin iş adamları arasında biznes forumun təşkili barədə ilkin razılıq əldə edilib.

Görüşdə o da vurğulanıb ki, iqtisadi əlaqələrin daha da genişləndirilməsi nəticəsində Argentina Azərbaycan vasitəsilə region ölkələrinə, Azərbaycan isə Argentina vasitəsilə Latın Amerikası ölkələrinə çıxış imkanlarını genişləndirə bilər.
 
HƏQİQƏT
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL