waplog

“iPhone” istehsalı azala bilər



“Wedge Partners” şirkətinin analitikləri bildiriblər ki, “Apple” şirkəti iyun ayından dekabr ayınadək təchizatçıları detal sifarişlərinin 20% azalması haqda xəbərdar edə bilər.   Məlumat doğru olduğu təqdirdə yuxarı sinfə aid olan smartfonlar üçün bazarda daha mürəkkəb şərtlər bərqərar olacaq.

Qeyd edək ki, bu günlərdə “Samsung” və “HTC”-nin səhmlərinin qiyməti, ilkin qiymətləndirmələrə görə kəskin azalmağa başlayıb.

"Şirkətlər öz proqnozlarına əhəmiyyətli dəyişikliklər edib. Bu haqda öz təchizatçılarına bildirməlidirlər. Bu məlumatı biz Çində və Tayvanda olan təchizatçılardan öyrənmişik” - deyə “CNBC”-nin analitiki Brayan Bler bildirib.

Blerin sözlərinə əsasən, tələbata uyğun olaraq “Apple” iPhone üçün 115-120 milyon sifariş edib. Ehtimal edilir ki, tələbat 90-100 milyon qurğu təşkil edəcək.  “Apple” şirkəti “Samsung Galaxy S4”-də olan tələbatın zəifləməsini nəzərə almalıdır. Bazarda yüksək sinif smartfonlara olan tələbat azalır. Zənnimcə, “Apple” buna reaksiya verir", - deyə Bler bəyan edib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL