Səlim Müslümov: “Fond tərəfindən göstərilən elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdir”
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2013-cü ilin I yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
İclasda çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, bu ilin birinci yarısında Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq tədbirlər davam etdirilib. Sığorta-pensiya sistemində aparılan islahatlara uyğun olaraq DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayının 8-dən 25-ə çatdırıldığını deyən DSMF sədri qeyd edib ki, 6 ayın statistikasına əsasən, fond tərəfindən göstərilən elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdir.
S.Müslümov ötən 6 ay ərzində fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə davam etdirilən tədbirlər nəticəsində fərdi şəxsi hesaba malik sığortaolunanların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz artdığını da bildirib. Bu ilin iyulun 1-i tarixinə olan statistikaya əsasən, fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2581586 nəfərə yüksəlib.
Kollegiyada eyni zamanda "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının 7.3-cü "Sosial müdafiə sisteminin təkmilləşdirilməsi" bəndinin 2013-cü ilin ikinci yarısında icrası üzrə DSMF orqanlarının qarşısında duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL