waplog

“Apple” şirkəti “MacBook” və “iPad” qurğularında enerjiyə qənaət edəcək



Ötən ildən etibarən “Sharp” şirkəti ekranların istehsalı üçün “IGZO” texnologiyasını fəal şəkildə inkişaf etdirir. Onun əsasında hazırlanmış matris IPS ilə müqayisə edilə biləcək keyfiyyəti təmin edir və eyni zamanda daha az sərf edir.

Bundan başqa, adıçəkilən yapon şirkəti “Apple” üçün əsas ekran tədarükçülərindən biridir və “MacBook” və “iPad” qurğularında sözügedən texnologiyanın tətbiqi yalnız vaxt məsələsi idi.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “ET News”-in məlumatına görə, artıq gələn il “Apple” şirkəti “IGZO” ekranla təchiz edilmiş yığcam qurğular təqdim edəcək.

Qeyd edək ki, “Apple” şirkəti “IGZO” ekranların tətbiqi məsələsini yalnız “Sharp” ilə deyil, həm də “LG” şirkəti ilə müzakirə edir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL