Smartfon və planşetlər üçün prosessor bazarında artım qeydə alınıb
“Strategy Analytics” ekspertlərinin hesablamalarına əsasən, 2013-cü ilin birinci rübündə smartfonlar üçün qlobal tətbiq prosessorları bazarının həcmi 3,6 milyard ABŞ dolları olub ki, bu da ötənilki göstəricidən təxminən 50% çoxdur.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqat şirkətinin hesabatına əsasən, smartfonlar üçün prosessor satışlarından əldə olunmuş mənfəətin həcminə görə “Qualcomm”, “Apple”, “Samsung”, “MediaTek” və “Broadcom” liderdirlər. “Qualcomm” şirkəti birinci pillədə qərarlaşıb, “HTC One”, “Google Nexus 4”, “LG Optimus G”, “Samsung Galaxy S4” və “Sony XPERIA Z” kimi smartfonlar onun çipləri ilə təchiz edilib.
“Strategy Analytics” şirkəti ayrıca press-relizdə planşetlər üçün ixtisaslaşdırılmış prosessorlar bazarı üzrə məlumatları dərc edib. 2013-cü ilin yanvar-mart ayları ərzində sözügedən seqment ötən ilin müvafiq dövrü ilə müqayisədə 52% artıb.
Bu seqmentdə mənfəətin həcminə görə “Apple”, “Texas Instruments” (TI), “Samsung”, “NVIDIA” və “Intel” şirkətləri aparıcı istehsalçılardır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL