"Google" "Apple" ilə barışdı
Son ildə "Apple" və "Google" arasında münasibətlər çox yaxşılaşıb. Bu barədə Aydaxo ştatında keçirilən "Allen & Co" illik konfransında çıxış etmiş axtarış sisteminin direktorlar şurasının sədri Erik Şmidt deyib.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hər iki şirkət vaxtaşırı işgüzar danışıqlar aparır - Şmidt deyib. "Google"-un biznesin inkişafı üzrə direktoru Nikeş Arora bu danışıqlarda aktiv iştirak edir.
Qeyd edək ki, "Apple" və "Google" arasında rəqabət son illərdə kəskinləşib, halbuki 2006-cı ildə hər iki şirkət sıx əməkdaşlıq edirdi. O zaman "Google" şirkətinə Şmidt rəhbərlik edirdi və o, "Apple"-ın direktorlar şurasında təmsil olunurdu. Həmçinin "Google Maps" "iOS" platformasının birinci versiyasına inteqrasiya edilmişdi.
2008-ci ilin sentyabrında "Android" platformasının elan edilməsi bu dostluğa son qoyub. Mərhum Stiv Cobs onu "oğurluq məhsul" adlandırmışdı. "Mən onların günahını sübut etmək üçün son nəfəsimi kimi mübarizə aparmağa və "Apple" şirkətinin bank hesabının hər sentini xərcləməyə hazıram. Mən "Android"i məhv etməyə hazırlaşıram, çünki o, oğurluq məhsuldur," - o demişdi.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL