waplog

Yeni texnologiya istənilən səthi sensor ekrana çevirir



Sinqapurda Nanyang Texnologiya İnstitutunun alimlərinin yaratdıqları texnologiya, demək olar ki, istənilən materialı (şüşə, ağac, alüminium və hətta plastik kütlə) ucuz sensor displeyə çevirməyə imkan verir. "STATINA" adlanan sistemin işlənib hazırlanmasına dörd il vaxt sərf olunub.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ekranın hansı nöqtəsinə toxunulduğunu müəyyənləşdirmək üçün ucuz  vibrasiya sensorları və dəyişikliklərin emalı alqoritmləri istifadə edilir. Həmçinin ucuz veb-kameralar səth üzərində bir neçə barmaq və ya predmetin hərəkətlərini fasiləsiz izləyir.

Texnologiya artıq bir neçə ildən sonra işıq üzü görə bilər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL