waplog

Ağsu aşırımında sürüşmə zonalarında hava və yeraltı optik kabellərin vəziyyəti yoxlanılır




Ağsu aşırımında sürüşmə zonalarında növbəti monitorinqlər keçirilib. "Aztelekom" İB-dən verilən məlumata görə, birliyin mütəxəssislərindən ibarət briqada bölgədə hava və yeraltı optik kabellərə mövcud dəyişikliyi növbəti yoxlamadan keçiriblər.

"TAE (Trans Asia Evropa)" fiber-optik kabel xəttinin Bakı-Qazax seqmentinin Ağsu aşırımında baş verən sürüşmə zonasından keçən hissəsində yönəldiyindən burada qabaqlayıcı tədbirlər daha böyük ərazini əhatə edib. "İCTnews" elektron xəbər xidmətinə "Aztelekom" İB-nin Kabel Magistralları Texniki Qovşağının (KMTQ) rəisi Ağamirzə Ağamirzəyev daha geniş şəkildə təhlil edərək bildirib ki, hələ TAE xəttinin Bakı-Qazax seqmenti çəkiləndə bu amil nəzərə alındığından ərazidən keçən kabel xətti həm havadan, həm də yeraltı çəkildiyindən rabitənin alternativliyi təmin edilib.

KMTQ-nin əməkdaşları tərəfindən ərazidə kabellərin mühafizə zonasında əlavə tədbirlər görülür.
"Biz ərazidə daimi tədbirlər həyata keçiririk. Əvvəllər yeraltı kabel xətti 1,2 metr dərinlikdə çəkilmişdi. Biz real təhlükənin qarşısını almaq üçün kabelin yerləşmə dərinliyini 50 santimetrədək azaltdıq. Hazırda sürüşmə hadisəsinin aktiv olan ərazilərində xəttin qırılmaması üçün kabelləri torpağın altından çıxarmışıq" - deyə Ağamirzə Ağamirzəyev bildirib.

O, daha sonra qeyd edib ki, qabaqlayıcı tədbirlər kimi Şamaxı-Mərəzə avtomagistralının Açıdərə çayı ərazisində alternativ optik kabel xətti çəkilib.

 RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL