waplog

2020-ci ilə qədər İKT, informasiya və poçt sektoru üzrə gəlirlərin 8-9 milyard dollara çatdırılması proqnozlaşdırılır



 
 
İKT, informasiya və poçt sektoru üzrə olan əsas hədəflərə rəqəmli yayımın başa çatdırılması, 2015-ci ilə qədər 100 %-lik optik şəbəkə və genişzolaqlı xidmətlə əhatə, 2015/16-cı illərdə aşağı orbitli və telekommunikasiya peykinin orbitə çıxarılması,  2020-ci ilə qədər “Elektron hökumət” xidmətlərinin 80 faiz tətbiqi, eyni zamanda sektorun gəlirlərinin 8-9 milyard dollara çatdırılması daxildir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “İllik hesabat”ında dərc olunan məlumata görə, sektorun investorlar üçün daha cəlbedici olması üçün vergi yükü azaldılıb və lisenziyalaşdırma prosedurları sadələşdirilib. Hazırda ölkədə sahibkarlıq subyektlərinin  “bir pəncərə” sistemi ilə dövlət qeydiyyatına alınması, qeydiyyat müddətinin 20 dəfə azalaraq 3 günə çatdırılması və qeydiyyat prosedurlarının sayının 13-dən 5-dək azaldılması investorlar və biznes strukturları üçün əlverişli biznes mühiti yaradıb. Bu işlər daha da inkişaf etdirilib, hazırda elektron formada icrası zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatı və VÖEN verilməsi orta hesabla 5 dəqiqə, şirkətin dövlət qeydiyyatı isə 20 dəqiqə təşkil edir.

İnvestisiyaya gəlincə, 2012-ci ildə sektora 414.5 milyon ABŞ dolları investisiya qoyulub ki, bundan 34%-i dövlət müəssisələrinin, 64%-i mobil operatorların, 2%-i isə digər özəl qurumların payına düşür. Sektor üzrə investisiya ölkə iqtisadiyyatına qoyulan məcmu investisiyaların təqribən 2.0%-ni təşkil edir. 2012-ci ildə dövlət tərəfindən sektora yatırılan 140.2 milyon ABŞ dolları investisiyanın təqribən 18%-i birbaşa dövlət büdcəsindən ayrılıb. Son 5 il ərzində dövlət müəssisələri tərəfindən qoyulan investisiyaların ümumi investisiyalardakı payı 22.0%-dən 34%-ə yüksəlib. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrə kosmik sənayenin inkişafı, nanotexnologiyaların tətbiqi, telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi, e-hökumət infrastrukturunun inkişafı, e-xidmətlərin tətbiqi və s. aiddir.

Son 10 il ərzində sektora təqribən 2,5 milyard dollar investisiya yatırılıb ki, bunun 28%-i dövlət, 72%-isə yerli biznes strukturları və xarici investorlar tərəfindən yatırılıb.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL