waplog

Son 5 il ərzində Azərbaycanda mobil sektor üzrə gəlirlər 1.3 dəfə artıb



 
 
Son 5 il ərzində Azərbaycanda mobil sektor üzrə gəlirlər 1.3 dəfə, abunəçi bazası isə 1.5 dəfə artıb. 2012-ci ildə isə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 14.1% artaraq 1095.7 milyon ABŞ dollarına çatıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə, ölkənin İKT sektorunda mobil sahə təqribən 60%-lik xüsusi çəkiyə malikdir və  dinamik inkişaf edir. Azərbaycanın mobil sektorunda GSM standartında 3 mobil operator fəaliyyət göstərir. 

Mobil telefon rabitəsi xidmətləri ölkənin ərazisini tam əhatə edir və bu, regionda 100%-lik ilk nəticədir. Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110 ədəd təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən təqribən 15% çoxdur.

Mobil sahədə əldə olunan gəlirlər telekommunikasiya sektorunun 65.3%-ni təşkil edir. Mobil sektorda sağlam rəqabət mühitində aparılan tarif siyasəti və müştəri məmnunluğu üzrə fəaliyyət mobil qiymətlərin ilbəil aşağı düşməsinə səbəb olur. Əgər 2004-cü ildə bir mobil abunəçiyə düşən orta illik gəlir 145.8 ABŞ dolları təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 108.0 ABŞ dolları təşkil edib.

Eyni zamanda təhlillər göstərir ki, 2011-ci illə müqayisədə hər bir abunəçiyə düşən orta aylıq gəlir 12.8% artıb, bir dəqiqə mobil danışığın qiyməti isə 22.2% azalıb.

Qeyd edək ki, ölkənin mobil və İT sektoru tam özəl mülkiyyətə əsaslanır, sabit telekommunikasiya  sahəsində olan 8 operatordan yalnız üçü ­"Aztelekom" İB, BTRİB və Naxçıvan MR RİTN dövlətə məxsusdur.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL