“NVIDIA Tegra 4” çipi ilə təchiz edilmiş ilk smartfon təqdim ediləcək
“ZTE” şirkəti “Geek” smartfonunun yeni fotosunu dərc edib. Sözügedən cihaz dördnüvəli “NVIDIA Tegra 4” çipi ilə təchiz ediləcək ilk smartfon olacaq. Aparat bu ilin aprelində Çin şirkəti tərəfindən təqdim edilib, lakin o zaman smartfonun “Intel Atom Clover Trail+” platformasında yaradılması nəzərdə tutulurdu.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “ZTE Geek” smartfonu 2 meqapiksellik ön kamera və 8 meqapiksellik arxa kamera ilə təchiz edilib. Əməli yaddaşın həcmi 2 QB təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL