waplog

Həm rəqibdirlər, həm tərəfdaş



 
"Apple" və "Samsung" şirkətləri bir-birinə qarşı qaldırdıqları məhkəmə iddialarına baxmayaraq öz biznes maraqlarına böyük önəm verirlər. Belə ki, bu günlərdə şirkətlər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. 2015-ci ildən sonrakı dövrü əhatə edən sazişə əsasən "Samsung" ABŞ istehsalçısına 14 nanometrlik texnologiya bazasında yaradılan mikroprosessorlar tədarük edəcək.

İmzalanmış saziş ilk növbədə 2015-ci ilin ikinci rübündə buraxılacaq mobil telefonlar (iPhone 7) üçün mikroçiplərin tədarükünü nəzərdə tutur. Xatırladaq ki, bundan əvvəl "Apple"-ın "Taiwan Semiconductors Manufacturing Company" (TSMC) ilə şirkətin gələcək nəsil planşet və smartfonlarında tətbiq ediləcək "A9" prosessorlarının istehsalına dair istehsal müqaviləsi imzalanması ilə bağlı məlumatlar yayılmışdı.

Ötən il "Samsung" artıq "Apple" və onun "iOS" əməliyyat sistemli qurğuları üçün eksklüziv çip tədarükçüsü rolunda çıxış edib. Bundan başqa, "Samsung" ABŞ istehsalçısının hazırkı "iPhone 5" və "iPad 4 Retina" qurğuları üçün "A6" və "A6X" çiplərini də yığır, - "Cybersecurity.  www.cybersecurity.ru" yazır.

"Apple" həmçinin " GlobalFoundries" şirkəti ilə istehsal üzrə əməkdaşlıq variantlarını da nəzərdən keçirir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL