Dövlət Statistika Komitəsi respondentlərə hesabatların elektron formada təqdim olunmasını təklif edir
Dövlət Statistika Komitəsi (DSK) informasiya texnologiyalarının imkanlarından istifadə etməklə respondentlərin işini asanlaşdırmaq, onların üzərinə düşən informasiya yükünü, hesabat formasının tərtibinə və onun yerli statistika orqanlarına təqdim olunmasına sərf etdikləri vaxtı azaltmaq məqsədilə hesabatların elektron formada təqdim olunmasını təklif edir.
Komitədən bildirilib ki, respondentlər bu xidmətlərdən istifadə etməklə hesabatları öz ofislərindən kənara çıxmadan təqdim etmək və bu hesabatların arxivini yaratmaq imkanlarına malik olacaqlar. Hesabatların elektron təqdimatı həm real vaxt (online) rejimində, həmçinin elektron poçtla həyata keçirilə bilər. Amma hesabatları elektron poçt rejimində təqdim etmək üçün bir sıra işləri yerinə yetirmək lazımdır. Belə ki, proqram sisteminin əhatəsini respondent öz kompüterinə yükləməlidir: "Əgər istifadə etdiyiniz sistemdə "Visual FoxPro 6.0" varsa, əhatənin yüklənməsinə ehtiyac yoxdur. Bu iş yalnız bir dəfə həyata keçirilir. Müvafiq proqram təminatını yükləmədən əvvəl kompüterə istifadə olunacaq kataloq, təsnifatları yükləmək zəruridir. Təqdim edəcəyiniz statistik hesabatı seçərək müvafiq proqram təminatını yükləyirsiniz. Hər statistik hesabat növü üçün bir dəfə yükləmək kifayətdir. Müvafiq statistik hesabatı ekranda dolduraraq statistika orqanına elektron poçt vasitəsilə təqdim edirsiniz".
Hesabatların real vaxt (online) rejimində təqdim olunması üçün isə heç bir əlavə proqramın yüklənməsinə ehtiyac yoxdur, müəssisə internetə çıxış olan istənilən kompüterdən istifadə etməklə müvafiq hesabat forması üzrə öz məlumatlarını Dövlət Statistika Komitəsinin məlumat bazasına daxil edə bilər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL