İlk dəfə səhmləri bu qədər dəyərli oldu
Çərşənbə axşamı "NASDAQ" birjasında keçirilən hərraclarda "Google" şirkətinin bazar kapitallaşması 2013-cü ilin birinci rübü ilə müqayisədə təxminən 50 milyard dollar artaraq 306,78 milyard dollar təşkil edib.
Bazar ertəsi birjada hərraclar başlayandan dərhal sonra şirkətin səhmlərinin dəyərində rekord artım müşahidə olunub. Belə ki, səhmlərin qiyməti 765,91 dollar qiymətləndirildiyi cari ilin birinci rübü ilə müqayisədə 20,73 faiz artıb.
Hərraclarda "Google"-un bir səhminin qiyməti 928 dollara çatıb, lakin ticarət sessiyası başa çatana yaxın qiymətlər bir qədər enərək 924,69 olub ki, bu da 306,78 milyard dollarlıq kapitallaşmaya uyğundur. Beləliklə, son 3 ayda şirkətin bazar kapitallaşması təxminən 50 milyard dollar artıb,- "Digit www.digit.ru" saytı yazır.
Belə uğur 2013-cü ildə "Google"-un diqqətini API-nin hazırlanması və ya "Google+" və "Google Maps" servislərinə yönəltməsi, eləcə də uğursuz layihələrdən imtina etməsi ilə bağlıdır. Belə ki, şirkət özünü doğrultmadığı üçün "Google TV", "Nexus Q" və "Google Reader" layihələrini dayandırıb. Bununla belə, şirkətə ən çox uğur qazandıran "Android" əməliyyat sistemi, "Chrome" brauzeri, "YouTube" videohostinqi və "Google’s search engine" sistemidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL