waplog

Mobil telefonların enerji ilə doldurulması üçün şok üsul tapıldı


Britaniyanın Bristol robot-texnika laboratoriyasının alimlərinin hazırladığı həll sayəsində mobil telefonları insan sidiyinin köməkliyi ilə enerjiylə doldurmaq mümkündür. "Press Association" agentliyinin yaydığı məlumata əsasən, mütəxəssislər hesab edir  ki, onların həlli unikaldır.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, alimlər mikroorqanizmlərdən ibarət yanacaq elementlərinin kaskadları üzərindən sidik ifraz etməklə "Samsung" şirkətinin telefonunu enerji ilə doldurmağa müvəffəq olublar. Sınaq zamanı toplanılmış enerji mətn mesajlarını göndərmək, internetdən istifadə və hətta qısa telefon çağırışı üçün kifayət edib
.
Hazırda mütəxəssislər mobil telefonun akkumulyator batareyasının enerji ilə tam doldurulması üsulunu ixtira etmək üzərində işləyirlər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL