Şirkətlər “Thunderbolt” texnologiyasından imtina edir
Yüksəksürətli “Thunderbolt” interfeysini hamıdan birinci öz məhsullarında tətbiq etməyə başlayan “Acer” şirkəti bu texnologiyanı “USB 3.0” texnologiyası ilə əvəzləməyi qərara alıb.
Birinci nəsil “Thunderbolt” kanal rabitəsinin buraxılış qabiliyyəti 10 Gbit/saniyə təşkil edir ki, bu da “USB 3.0” ilə müqayisədə 2 dəfə çoxdur. İyunda “Intel” korporasiyası “Thunderbolt 2” interfeysini təqdim edib. 10 qiqabaytlıq iki müstəqil kanalın birləşdirilməsi sayəsində məlumatların maksimal ötürülmə sürəti 20 Gbit/saniyəyədək artırılıb.
Hazırda “Thunderbolt” texnologiyasından “Apple” şirkəti fəal istifadə edir, lakin digər şirkətlər buna soyuq yanaşırlar. Bu baxımdan “Acer” də öz məhsullarını “Thunderbolt”la təchiz etməmək qərarına gəlib və addımını “USB 3.0” ilə müqayisədə bu interfeysin bahalı və geniş yayılmaması ilə izah edir, - “3DNews.www.3dnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL