waplog

“Intel” ucuzlaşır



Dünyanın nəhəng mikroprosessor istehsalçısı “Intel” korporasiyası üçüncü rübdə fərdi kompüterlər bazarında davam etməkdə olan azalma səbəbindən satış həcminin analitiklərin gözlədiyindən də pis olacağını proqnozlaşdırır. Belə ki, proqnoza əsasən, cari rübdə mədaxil proqnozlaşdırılan 13,7 milyard dollara nisbətdə 13,5 milyard dollara yaxın olacaq. Rüblük nəticələr dərc edildikdən sonra korporasiyanın qiymətli kağızlarının dəyəri 4,3 faiz azalaraq 23,10 dollar təşkil edib.

“Intel” cari ilin yekunları üzrə 2012-ci ilin nəticələri ilə müqayisədə maliyyə göstəricilərində cüzi azalmanın olacağını gözləyir. Korporasiyanın hesablamalarına görə, illik satış həcmi 53,55 milyard dollar təşkil edəcək. Maliyyə direktoru Steysi Smit ikinci rübdə “Intel”in mobil həllər və serverlər üçün yeni çiplərin nümayişi fonunda sifarişlərin çoxalacağına ümid etdiyini bildirib, -  “Cybersecurity www.cybersecurity.ru” yazır.

İkinci hesabat rübündə şirkətin xalis mənfəəti 29 faiz azalaraq 2 milyard dollara enib.
“Intel”in fərdi kompüter istehsalı bölməsi 8,1 milyard dollar məbləğində mədaxil əldə edib ki, bu da bir il əvvəlki göstəricidən 7,5 faiz aşağıdır və hətta şirkət bu azalmanı server çiplərinin 2,7 milyard dollaradək artması ilə kompensasiya edə bilməyib.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL