waplog

“MobiTel”in texniki dəstəyi ilə “Dünyanı hiss edək”




 
"MobiTel"in texniki dəstəyi ilə "Dünyanı hiss edək" devizi altında  KSM veloturuna start verildi.
 
  "KSM Azərbaycan" (Korporativ sosial məsuliyyət - Azərbaycan)  şirkəti tərəfindən "CSR World Velo Tour" layihəsi çərçivəsində təşkil edilmiş "Feel the world" ("Dünyanı hiss edək") devizi altında keçirilən dünya velosiped turuna start verilib.

Layihənin məqsədi cəmiyyətin, KİV-in və şirkətlərin diqqətini korporativ sosial məsuliyyət məsələlərinə cəlb etməkdir.

Velosiped turu Gürcüstan, Ukrayna, Polşa, Latviya, İsveçrə, Danimarka, Almaniya, Belçika, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Türkiyə, Misir və Azərbaycan ərazisində keçiriləcək.
 
Tur bu ilin sentyabr ayına qədər davam edəcək.
Beynəlxalq layihənin iştirakçıları hazırda Gürcüstandadırlar.
 
Xatırladaq ki, ölkələr arasında olan məsafə təyyarələr və digər nəqliyyat vasitələri ilə gerçəkləşəcək. Hər bir  şəhərdə velosipedlə qət ediləcək məsafə 40 km-dir. Dünyaya bir mesaj xarakteri daşıyan "CSR World Velo Tour" layihəsində istənilən şəxs iştirak edə bilər.

Bunun üçün "www.csrworlvelotour.com" saytında qeydiyyatdan keçməli və ya özü haqqında məlumatları "info@csrworldvelotour.com" saytına göndərərək yuxarıda göstərilən ölkələrin hər hansı birində iştirakçılara qoşulmalıdırlar.
 
Daha ətraflı məlumat layihənin rəsmi səhifəsindən "www.csrworldvelotour.com" və ya "Facebook"  sosial şəbəkəsindən "www.fb.com/csrworldvelotour" əldə edilə bilər.

Xatırladaq ki, "KSM Azərbaycan" xarici və yerli şirkətlərlə əməkdaşlıq edərək əvvəllər də müxtəlif KSM layihələr həyata keçirib. Belə layihələr arasında beynəlxalq layihələr də yer alıb. «CSR World Velo Tour» layihəsi də qlobal  layihədir.

Bu layihənin reallaşmasında "GAZELLI Group", "Simbrella" və "United Sport" şirkətlərinin dəstəyi böyükdür. Texniki dəstək isə "MobiTel" şirkətinə məxsusdur.

«CSR World Velo Tour» layihəsi bütün dünyanı KSM-ə daha həssas yanaşmağa və bu layihənin bir hissəsi olmağa dəvət edir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL