2013-cü ilin birinci yarısında kompüter və elektron avadanlıqlarının istehsalında daha çox artım qeydə alınıb
Ölkənin sənaye sahələrində 2013-cü ilin birinci yarısında 16,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,9 faizlik artım, neft sektorunda isə 0,3 faizlik azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, digər nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib:
"İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. Altı ay ərzində 21,8 milyon ton neft, 8,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL