“Nokia” şirkəti özünə gəlir
Finlandiyanın mobil telefon istehsalçısı "Nokia" şirkəti satışların həcmini aşağı salmağa davam edir. Bu ilin aprel-iyun ayları ərzində şirkət satışlarının həcmini ötən illə müqayisədə təxminən 25% azaldıb. Hesabata əsasən, ikinci rübün yekununa görə "Nokia" şirkətinin gəliri 5,7 milyard avro təşkil edib. Qeyd edək ki, bir il əvvəl bu göstərici 7,5 milyard avro olub.
Buna baxmayaraq, şirkət rəhbərliyi tərəfindən həyata keçirilmiş qənaət tədbirləri öz bəhrəsini verir və şirkət xalis zərərinin həcmini 1.47-dən 227 milyon avroyadək azalda bilib.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, rüblük nəticələrin dərc edilməsindən sonra "Nokia" şirkətinin səhmlərinin qiyməti azalaraq 2.99 avro olub. Qeyd edək ki, "Nokia" şirkəti xərclərin azaldılması proqramına sadiq qalaraq daha 440 əməkdaşını ixtisar edib.
Şirkət investorları, həmçinin "Lumia" smartfonlarının satış həcminin artması ilə sevindirib. Belə ki, onların satış həcmi son üç ayda 32% artaraq 61,1 milyon olub. Ekspertlər hesab edirlər ki, bu strategiya daha bir-iki rüb köməyə gələcək, lakin daha sonra "Nokia" şirkəti yeni strategiya seçməli olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL