Gənclərin işlə təmin olunmasında internetin rolu araşdırılır
Gəncə şəhərində “Gənclərin məşğulluğunda şəbəkələşmə” mövzusunda forum keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, forum “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi çərçivəsində reallaşdırılıb.
Tədbirin əsas məqsədi Azərbaycanda gənclərin məşğulluq problemlərinin həll edilməsi üçün internetin və yeni media alətlərinin rolunu araşdırmaq, eləcə də bu sahədə kifayət qədər təcrübəli olan ekspertləri və iri şirkətlərin nümayəndələrini ölkənin müxtəlif regionlarından olan forum iştirakçıları ilə açıq müzakirələr üçün bir araya gətirməkdir.
Forumda Gəncə şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndələri, 20 ölkəni təmsil edən xarici qonaqlar, 10-dan artıq şirkət və müəssisələrin nümayəndəlikləri, Gəncə şəhərində fəaliyyət göstərən universitetlər, Qeyri-Hökumət Təşkilatları, Tələbə Gənclər Təşkilatları, 100-ə yaxın işaxtaran gənclər iştirak ediblər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL