waplog

Rusiyanın “Proton-M” raket daşıyıcısı ilə bağlı qəzanın səbəbləri bəlli olub


 
Rusiyanın "Proton-M" raket daşıyıcısı ilə bağlı qəzanın səbəbləri bəlli olub. Rusiya mətbuatına verdiyi məlumatda "Roscosmos" Fövqəladə Komissiyasının sədr müavini Aleksandr Lopatin bildirib ki, qəzalı uçuş cəmi 32 saniyə çəkib:

"Qəzaya sensorların – tənzimləyicilərin anormal bucaq dərəcəsi səbəb olub. Məsələ ilə bağlı qaldırılan iddianın əsası istehsalın pozulması, insan amilidir. Komissiya təyin edib ki, bucaq sürətlərinin altı tənzimləyicisindən üçü kəlləmayallaq qurulub. Bu səhv zavodda montaj üzündən baş verib. Hazırda istintaq davam edir".

Qeyd edək ki, iyulun 2-də "Qlonass-M" kosmik aparatlarını fəzaya qaldırmaq məqsədilə Qazaxıstanın Baykonur kosmodromundan 06.38-də havaya qalxan və starta buraxılan "Proton-M" start ilk saniyəsində yerə düşüb. Havada hissələrə bölünən "Proton-M" uçuş meydançasının yaxınlığında partlayıb. Qəza faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin "İş zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi üzrə cinayət işi açılıb.
 
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL