ƏƏSMN müraciətlərin cavablandırılmasında elektron imkanlardan da istifadəyə önəm verir
Hazırda 1,5 milyon nəfərədək əhali kontingentinə xidmət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş müraciətlərinin cavablandırılmasında elektron imkanlardan da istifadəyə xüsusi önəm verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təkcə cari ilin ilk yarımilində nazirliyin (www.mlspp.gov.az info@mlspp.gov.az) elektron xidmətlərinə 984 müraciət daxil olmuş və bu müraciətlər obyektiv və ədalətli şəkildə cavablandırılıb.
Həmçinin nazirliyin rəsmi "Facebook" səhifəsi vasitəsilə də vətəndaşlara nazir və nazirliyin digər rəhbər şəxslərinə müraciət etmək imkanı yaradılıb və cari ilin martında nazirliyin rəsmi "Facebook" səhifəsində nazir Füzuli Ələkbərov tərəfindən 70-ə yaxın müraciət cavablandırılıb. Həmin gündən 1 iyul tarixinədək bu sosial şəbəkə vasitəsilə daha 157 müraciət qəbul edilərək cavablandırılması təmin olunub.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL