waplog

“AzScienceNet” Elm Kompüter Şəbəkəsinin ölkə üzrə infrastrukturu inkişaf etdirilir



Ölkəmizdə cari ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əhəmiyyətli layihələr həyata keçirilir, biliklər cəmiyyətinin formalaşmasına elmi dəstək verilir. Bu barədə AMEA prezidenti, akademik Akif Əlizadə məlumat verib.

Akademik bildirib ki, "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda qeyd olunmuş elmdə aparılan islahatlar çərçivəsində elmi fəaliyyətin İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.

AMEA-nın müvafiq qurumlarında, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunda innovativ elmi nəticələrin əldə olunması baxımından səmərəli elmi araşdırmalar aparılır: "Hazırda milli elektron elmin formalaşması prosesinə başlamışıq.

Artıq e-elmin platforması olan "AzScienceNet" Elm Kompüter Şəbəkəsi yaradılaraq istismara verilib və ölkə üzrə infrastrukturu inkişaf etdirilir.  İnformasiya cəmiyyətinin formalaşması və insan potensialının inkişafı istiqamətində görülən işlərə elmi dəstək veririk. Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması, xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyinin verilməsi üzrə tədbirlər görülür. Distant təhsil tətbiq və inkişaf etdirilir. Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün alim və mütəxəssislərimiz tərəfindən təlim kursları, seminarlar keçirilir".

A.Əlizadə  Ümumrespublika İnformatika Olimpiadasının keçirilməsi, Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri, müvafiq qurumlarla birgə təşkil olunan tədbirlər və digər məsələlər haqqında da geniş məlumat verib.

HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL