"Sony" şirkəti 20 meqapiksellik mobil kamera hazırlayır
"The Verge" internet nəşrinin informasiyasına əsasən, "Sony" şirkəti mobil qurğular üçün yeni kamera istehsalını planlaşdırır. Yeni versiyanın ölçüsü 1 kvadrat düym təşkil edir, lakin onun daxilində 20,2 meqapiksellik "Exmor R" datçiki və "Carl Zeiss f/1.8" linzaları yerləşdirilib. Sözügedən nəşr bildirib ki, kamera daxili akkumulyator, "NFC" və "Wi-Fi" ilə təchiz ediləcək.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu mobil kamera smartfonun korpusuna quraşdırılmaq üçün nəzərdə tutulub və real vaxt rejimində fotoşəkli smartfonun ekranına ötürə bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL