waplog

“Samsung” və “Apple” barışa bilər



 
“Apple” və “Samsung Elctronics” şirkətləri arasında bu yaxınlarda patent hüququ məsələlərini yoluna qoymaq məqsədilə məxfi danışıqlar olub. Xatırladaq ki, şirkətlər əvvəllər də qeyri-rəsmi danışıqlar aparsalar da, yekdil fikrə gələ bilməyiblər.

İndi tərəflər Seulda görüşərək problemi aradan qaldırmağa çalışıblar. Danışıqlar bağlı qapılar arxasında keçirilir və bu səbəbdən şirkətlərin razılığa gəlmələri barədə məlumat yoxdur.

Yalnız o məlum olub ki, Koreya istehsalçısı tərəflər arasında fikir ayrılıqlarını avtomatik həll edəcək sazişin imzalanmasını təklif edib. Lakin “Apple”-ı belə yanaşmanın qane edəcəyi məlum deyil,- “Cybersecurity www.cybersecurity.ru” yazır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL