“HTC One” smartfonlarının tədarükü niyə azalır?
Analitiklər yüksək sinfili qurğular bazarında artım tempinin zəifləməsi ilə əlaqədar olaraq “HTC” şirkətinin qabaqcıl smartfonunun tədarük həcminin xeyli aşağı düşəcəyini proqnozlaşdırırlar.
Belə ki, Avstraliyanın “Macquarie Securities” investisiya bankının proqnozuna əsasən, 2013-cü ilin üçüncü rübündə “HTC One” smartfon modelinin tədarükü 40 faiz – ikinci rübdə qeydə alınan 3-3,5 milyon ədəddən 1,8-2,1 milyon ədədədək azala bilər.
Ekspertlər qeyd edirlər ki, cari ilin mayında modelin tədarükü 1,5 milyon ədədə çatdığı halda iyunda 1 milyon ədədədək aşağı düşüb. Azalmanın gələcəkdə də davam edəcəyi, iyul-sentyabrda aylıq tədarük həcminin cəmi 600-700 min ədəd səviyyəsində olacağı güman edilir.
“Macquarie Securities”in Tayvan bölməsinin analitiki Daniel Çanqın fikrincə, rəqabətin artması və ən son smartfon modellərinin təqdim edilməsi “HTC”-yə bir sıra problemlər yarada bilər.
Ekspertin qiymətləndirməsinə görə, “HTC One” smartfonları şirkətin ötən rübdə tədarük etdiyi telefonların ümumi həcminin 40 faizini təşkil edərək 60 faizlik mədaxil hasil edib. Tədarükün proqnozlaşdırılan azalmasını nəzərə alaraq iyul-sentyabrda satışın 15-20 faiz azalacağı bildirilir. Vəziyyət belə pessimist məcrada davam edəcəyi halda “HTC” analitiklərin ondan gözlədiyi nəticəni nümayiş etdirə bilməyəcək. Onların hesablamalarına görə, şirkətin mədaxili ötən rübdəki səviyyədə qalmalıdır.
“www.dailycomm.ru”
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL