Böyük ölçülü maye kristal panellərin tədarük həcmi 2,5% azalıb
Tayvanın "TrendForce" analitik şirkətinin tədqiqat bölməsi "WitsView"in ekspertlərinin hesablamasına görə, 2013-cü ilin iyununda qlobal bazara ümumilikdə 65.95 milyon böyük ölçülü "TFT-LCD" panelləri tədarük edilib. May ayı ilə müqayisədə göstəricilərin həcmi 2,5% azalıb.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ayrıca məhsul kateqoriyaları haqqında məlumatları bölüşən mütəxəssislər qeyd ediblər ki, televizorlar üçün maye kristal panellərin tədarük həcmi daha çox – 7,7% azalıb. İyunda mövsümi tələbatın azalması buna səbəb kimi göstərilib: ötən ay televiziya panellərinin tədarük həcmi 18,78 milyon olub.
Bu halda kompüter monitorları üçün panellərin tədarük həcmi təxminən 4% azalaraq 14,02 milyon olub və 10,1 düym və daha böyük diaqonallı noutbuklar üçün ekran seqmentində 5,4% artım qeydə alınıb, tədarüklərin həcmi 17.74 milyon olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL