Nazir Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik etdi
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsi ilə 22 İyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib. Təbrikdə deyilir:
" Əziz jurnalistlər,
Azərbaycan Milli Mətbuatının 138 illiyi münasibəti hər birinizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.
Heç şübhəsiz ki, jurnalistlərin peşə fəaliyyəti bilavasitə müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə bağlıdır.
Ölkədə İKT sektorunda həyata keçirilən genişmiqyaslı işlər və müasir texnologiyaların tətbiqi sayəsində jurnalist əməyinin yüngülləşdiyini desəm, yəqin ki, yanılmaram.
Bu gün milli mətbuatımızın çoxsaylı jurnalist üzvü operativ surətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyətini və ümumən ölkədə İKT sektorunda həyata keçirilən işləri peşəkarlıqla işıqlandırır. Beləliklə də, kütləvi informasiya vasitələrinin nümayəndələri informasiya cəmiyyətinin fəal üzvinə çevrilir. Bu kontekstdə, artıq neçə illərdir tərəfimizdən təşkil edilən "İnformasiya Cəmiyyətinin Jurnalisti" müsabiqəsində jurnalistlərin həvəslə iştirak etməsi və qalibiyyəti sevindirici haldır.
Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Qələminiz xoş xəbərlərin müjdəçisi olsun!"
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL