waplog

Yeni quqlfon haqqında, demək olar ki, hər şey məlumdur



“Motorola” şirkəti jurnalistlərə avqustun 1-də keçiriləcək yeni “Moto X” smartfonunun təqdimatına dəvət göndərib. Lakin artıq internetdə qurğu haqqında, demək olar ki, bütün informasiya yerləşdirilib.
Etibarlı mənbələrdən əldə edilmiş məlumatlara görə, sözügedən cihazın ekranının diaqonalı təxminən 4,5 düymdür və o, 1,7 QHs takt tezlikli ikinüvəli “Snapdragon MSM8960T” (S4 Pro) prosessoru ilə təchiz edilib. Bu çip “Adreno 320” sürətli qrafikasına və daxili rabitə moduluna malikdir. Əməli yaddaşın həcmi 2 QB olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, smartfonun arxa qapağı çıxarıla bilən olacaq və kevlar adlı materialdan hazırlanacaq. Qeyd edək ki, kevlar materialı poladdan beş dəfə daha möhkəmdir.

“Moto X” smartfonu hələ ki “Android 4.2.2” versiyası ilə işləyir. Eyni zamanda, smartfon xeyli qeyri-standart proqram funksiyaları ilə təchiz edilib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL