Elmi İnnovasiyalar Mərkəzində “Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” üzrə keçirilən 6 aylıq kurs yekunlaşıb
AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) “Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” üzrə keçirilən və 6 ay davam edən ixtisasartırma kursu uğurla başa çatıb.
Sözügedən kurs EİM və Odessa Milli Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutu ilə əməkdaşlıq müqaviləsinə, AMEA-ın Rəyasət Heyətinin 23 aprel 2012-ci il tarixli 61 nömrəli və 15 oktyabr 2012-ci il 233 nömrəli sərəncamlarının icrasına uyğun olaraq fəaliyyət göstərib. Mərkəzdən bildirilib ki, ixtisasartırma kursunun təşkilinə nəzarət Tədris-Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Təbriz Əliyevə həvalə edilib.
“Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” üzrə ixtisasartırma kursunda İqtisadi İnkişaf Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət 10 nəfər dinləyici iştirak edib.
İxtisasartırma kursunda iqtisad elmləri doktoru, professor Təbriz Əliyev, iqtisad elmləri namizədi, dosent Arzu Hüseynova, biologiya elmləri namizədi, dosent Təmraz Təmrazov, iqtisad elmləri doktoru, professor V.D.Porxomenko, Eldar Şirəliyev və Turan Hüseynovanın mühazirələri dinlənilib. İxtisasartırma kursunun dinləyiciləri tərəfindən mövzular üzrə referat yazılıb.
Sonda iştirakçılara diplomlar verilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL