waplog

Verilənləri suyun altında 31 Tbit/s sürətlə ötürmək mümkün olub



“Alcatel-Lucent” şirkəti verilənlərin suyun altında 7200 kilometr məsafədə optik lif vasitəsilə 31 Tbit/s sürətlə ötürülməsinə nail olub.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, sınaq zamanı 155 lazerdən istifadə edilib və onların hər biri verilənləri 200 Qbit/s sürətlə ötürüb.

Qeyd edək ki, “Alcatel-Lucent” şirkəti 2006-cı il dekabrın 1-də “Alcatel” və Amerikanın “Lucent Technologies” şirkətinin birləşməsi nəticəsində yaradılıb. Telekommunikasiya avadanlığının tədarükü, həmçinin verilənlərin ötürülməsi sahəsində tədqiqatlarla məşğul olur.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL