“Xalq kompüteri” alanların sayı artıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü, “Microsoft” və “HP”-nin iştirakı ilə həyata keçirilən “Xalq kompüteri” layihəsi ölkədə kompüterlərin kütləvi yayımının təmin edilməsinə xidmət edir.
Layihənin icrası bu ildə də uğurla davam etdirilib. “Xalq kompüteri” çərçivəsində artıq 21 580 ədəddən çox lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompüter əldə edilib.
Qeyd edək ki, layihə iştirakçılarının mövcud bazar qiymətlərindən 25-40% aşağı, birillik faizsiz kreditlə kompüterlər əldə etməsinə imkan yaradılıb. Layihənin hədəf qrupları kimi ali və ümumtəhsil məktəblərinin müəllim, tələbə və şagirdləri seçiliblər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL