waplog

Azərbaycanda açıq sistemli ünvan reyestrinin yaradılması davam etdirilir



 Azərbaycanda açıq sistemli ünvan reyestrinin yaradılması davam etdirilir. Bu fikri Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən müşavirədə ƏMDK sədri Kərəm Həsənov bildirib.

Onun sözlərinə görə, 2013-cü ilin birinci yarısında komitənin 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı hazırlanıb və təsdiq edilib. Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış“ İnkişaf  Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib:

“Strategiya Planı yaxın beş il üçün komitənin əsas fəaliyyət istiqamətləri uzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir. Strategiya Planının məqsədi komitənin fəaliyyətinin daha modern, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib”.
 
 
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL