waplog

“Apple” hesabat verib



"Apple" şirkəti dünən 2013-cü ilin ikinci rübü üzrə hesabatını dərc edib. Bir il ərzində mədaxil, demək olar ki, artmayıb, gəlir isə azalıb. Şirkət ötən illə müqayisədə daha çox "iPhone" sata bilib, lakin "iPad" planşeti və "Mac" kompüterlərinin satış həcmi isə azalıb.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, hesabat dövründə şirkətin mədaxili 35,3 milyard ABŞ dolları, xalis mənfəəti isə 6,9 milyard olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq rübü ərzində şirkətin mədaxili 35 milyard dollar, xalis mənfəət isə 8,8 milyard dollar təşkil etmişdi.
"Apple" şirkəti üç ay ərzində 31,2 milyon "iPhone" smartfonu satıb. Ekspertlərin qiymətləndirməsinə görə, ötən payız alıcıların ixtiyarına verilmiş "iPhone 5" iki il əvvəl təqdim edilmiş ucuz "iPhone 4S" smartfonu ilə eyni dərəcədə tələbatlıdır.

"iPad" planşetlərinin satış həcmi 14,6 milyon olub. Xatırladaq ki, ötən ilin müvafiq rübündə bu göstərici 17 milyon olmuşdu. "Mac" kompüterlərinin satış həcmi 3,8 milyon qurğu olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 200 min ədəd azdır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL