waplog

Nazir: “Elektron xidmətlərin geniş tətbiqi şikayətlərinin azalmasına səbəb olub”



 
"Müşahidələr göstərir ki, son zamanlar vətəndaşların şikayətləri azalıb. Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, əhaliyə verilən xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticələrini əyani olaraq görürük".

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Facebook" sosial şəbəkəsində paylaşıb. Nazir qeyd edib ki, vətəndaşların şikayətlərinin azalmasına həm də elektron xidmətlərin geniş tətbiqi səbəb olub:

"Bu gün artıq elektron xidmətlərin göstərilməsi vətəndaşların işlərini xeyli asanlaşdırıb. Son 6 ayda "Elektron hökumət" portalına 260 mindən çox müraciət edilib. Vətəndaşlar da həmin elektron xidmətlərdən lazımi səviyyədə yararlanıblar. Bütün bu işlərin nəticəsi nəinki paytaxtda, eləcə də bütün bölgələrdə hiss olunur. Hökumətin biznes istiqamətində apardığı işlər kiçik və orta bizneslə məşğul olan insanları stimullaşdırıb ki, bu da ümumilikdə Azərbaycanda sosial-iqtisadi durumun inkişafına çox müsbət təsir edir".
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL