waplog

“Kənd İcra nümayəndəlikləri və bələdiyyələrin İKT biliklərinin artırılması” üzrə kompüter kursları keçiriləcək



 
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə "İKT ili çərçivəsində" Balakən rayonunda "Kənd İcra nümayəndəlikləri və bələdiyyələrin İKT biliklərinin artırılması" layihəsi həyata keçiriləcək.

Layihənin əsas məqsədi Kənd İcra nümayəndəlikləri və bələdiyyələrin İKT biliklərinin müasir texnologiyalardan istifadəyə yönəldilməsi ilə yanaşı, kompüter biliklərinin artırılmasıdır. Layihə çərçivəsində 3 aylıq kompüter kurslarının təşkili də nəzərdə tutulur.

Kurslarda "Windows" əməliyyat sistemi, Ofis paketi, kompüterin formatlanması qaydası, internet şəbəkəsindən istifadə, məlumatların endirilməsi, veb-saytın, elektron poçtun hazırlanması, həmçinin internet vasitəsilə yeni texnologiyalar və kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətləri tədris olunacaq.
Məlumat üçün qeyd edək ki, Balakənin Kənd  icra  nümayəndəlikləri  və  bələdiyyələrinin  80  işçisinin  qatılacağı kurslar  qruplar üzrə hər gün olmaqla 48 saat davam edəcək.
 
 
 
CAHANGİR


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL