Monoblok fərdi kompüterlər bazarında vəziyyət sabitləşəcək
Ötən il dünya monoblok fərdi kompüterlər bazarında artım tempi seqmentin tarixində ən aşağı -2,3 faizlik göstəriciyə enib və bu azalmaya səbəb kimi “iMac” monobloklarına tələbatın aşağı olması göstərilib.
Bu il vəziyyət yaxşıya doğru dəyişməlidir.
Belə ki, “Digitimes Research” şirkətinin proqnozuna əsasən, “hamsı birində” sinfindən olan “Apple” kompüterlərinin tədarük həcmi xeyli artacaq ki, bu da ümumilikdə bazar göstəricilərinə müsbət təsir göstərəcək. 2012-ci illə müqayisədə 17,3 faiz artımın olacağı gözlənilir.
Bununla yanaşı ekspertlər xəbərdarlıq edirlər ki, “Apple”ın nəticələri nəzərə alınmamaqla digər istehsalçılar tərəfindən tədarük edilən kompüter monobloklarının həcmi cəmi 4,9 faiz artacaq. Şirkətin proqnozuna əsasən, bu, son beş ildə qeydə alınan ən aşağı nəticədir.
2012-ci ildə monoblok qurğuların tədarükü üzrə lider olan “Lenovo” şirkəti bu il aşağı göstəricilərlə üzləşəcək ki, bunun da nəticəsində reytinqdə ikinci yerdə qərarlaşacaq.
Cari ildə “Hewlett-Packard”, “Dell” və “Sony” şirkətlərini artım gözləyir. “Dell” və “Sony”nin artımı isə “HP”dən daha çox olacaq.
www.dailycomm.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL