waplog

“Samsung”dan “WiMAX” dəstəkli smartfon


“Sprint” operatoru avqust ayının 21-də “Android 2.3” (Gingerbread) əməliyyat sistemi ilə işləyən “Samsung Conquer 4G” kommunikatorunun satışlarına başlayacaq. Yeniliyin əsasını 1 QHz tezlikli “Qualcomm Snapdragon MSM8655” prosessoru təşkil edir. Sensor ekran 3,5 düym diaqonala malikdir; onun kəskinliyi 320×480 nöqtə təşkil edir. Smartfonda 2 kamera mövcuddur. Ön kamera 1,3 meqapiksel matrislə, arxa isə 3,2 meqapiksel ilə təchiz edilib.
Bundan başqa, smartfonun arsenalında “GPS” qəbuledicisi, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth” simsiz əlaqə adapterləri, həmçinin “MicroSD” (tədarük dəstinə 2 QB tutumlu fləş kart daxil edilib) slotu var. “WiMAX” mobil şəbəkələrində iş dəstəklənir. “Conquer 4G”-nin ölçüləri 114×60×11,5 millimetr, çəkisi isə 116 qramdır. Smartfonu yalnız ikiillik abunə müqaviləsi ilə təxminən 100 dollara almaq olar.


hard.compulenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL