“Google” fləş-kart ölçüsündə televiziya əlavəsi təqdim edib
“Google” şirkəti dünən keçirilmiş tədbirdə ikinci nəsil “Nexus 7” planşeti və “Android 4.3” mobil əməliyyat sistemindən başqa bir sıra gözlənilməz yeniliklər təqdim edib. Belə yeniliklərdən biri “Chromecast” cihazı olub. İnternet nəhəngi sözügedən cihazın köməkliyi ilə mobil qurğulardakı məzmunun televizora simsiz göndərilməsi problemini həll etmək istəyir.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, qurğu görünüşcə fləş-karta oxşayır, lakin onda “USB” konnektoru əvəzinə “HMDI” ştekeridir. Qurğunu “Wi-Fi” şəbəkəsinə və televizora qoşaraq bəzi məzmunu (video, musiqi, internet səhifələri) əks etdirmək olar.
“Chromecast” “ChromeOS” əməliyyat sisteminin sadələşdirilmiş versiyası ilə işləyir və "bulud"dakı məzmunun televizorda göstərilməsinə imkan verir. Bunun üçün müvafiq tətbiqdə “Cast” düyməsinə sıxmaq lazımdır. O, hələlik “Android” platformasında “Google Play Video”, “Google Music”, “YouTube”, “Netflix” və “Chrome”, “iOS” mobil əməliyyat sistemində yalnız “YouTube”-da, “Netflix” və “Chrome” tətbiqlərində əlçatan olacaq.
Qurğunun qiyməti 35 dollardır və hələ ki ABŞ-da satılır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL