waplog

“Apple” və “Microsoft” əlavələrin avtomatik yenilənməsini tətbiq edir



 "Google" şirkətindən nümunə götürən "Apple" və "Microsoft" korporasiyaları istifadəçilərin iştirakı olmadan əlavələrin avtomatik yenilənməsini həyata keçirməyi planlaşdırırlar. Yenilənmələrin "Mac" kompüterlərinin "OS X Mavericks" versiyasına, planşet və smartfonlar üçün "iOS 7 və payızda buraxılacaq "Windows 8.1" əməliyyat sistemlərinə daxil ediləcəyi nəzərdə tutulub.

Onu da qeyd etmək lazımdır ki, avtomatik yalnız "App Store" və "Windows Store" mağazalarında yerləşdirilən əlavələr yenilənəcək. İstifadəçilər digər kanallardan əldə etdikləri əlavələri əvvəllər olduğu kimi müstəqil şəkildə həyata keçirəcəklər. 
 
Tam və ya qismən avtomatlaşdırılmış yükləmə və səhvlərin düzəlişinin tətbiqi çoxdan bir sıra əməliyyat sistemlərində, o cümlədən "Android", "Chrome OS", "iOS", "OS X" və "Windows" sistemlərində yer alıb. Bundan başqa, "Chrome" və "Firefox" brauzerləri istifadəçinin iştirakı olmadan avtomatik yenilənir. "Oracle" versiyasında "Adobe Flash" və "Java"nın yeni versiyaları da avtomatik yüklənir və quraşdırılır. Lakin əksər istifadəçilər hələ də yenilənmə üzərində nəzarəti öz üzərində saxlamaq istəyir. Həm "Windows 8.1", həm də "OS X Mavericks"də əlavələrin avtomatik söndürülməsi imkanı nəzərdə tutulacaq.
www.osp.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL